Amorimin getməsi də kluba baha başa gəldi
Ruben Amorim “Mançester Yunayted”ə 27,35 milyon funt sterlinqə başa gəlib.
90plus.az xəbər verir ki, “Mançester Yunayted” klubunun sabiq baş məşqçisi Ruben Amorimlə bağlı maliyyə detalları açıqlanıb. 2024-cü ilin noyabrında “qırmızı şeytanlar”ın sükanı arxasına keçən portuqaliyalı mütəxəssislə 2026-cı ilin yanvarında yollar ayrılıb.
Amorimin “Mançester Yunayted”ə ümumi dəyəri 27,35 milyon funt sterlinq (təxminən 31,6 milyon avro) təşkil edib. Bu məbləğin bölgüsü belədir:
Qeyd: Amorimin “Mançester Yunayted”lə müqaviləsi əslində gələn mövsümün sonuna qədər qüvvədə idi. Klubla erkən ayrılıq səbəbindən portuqaliyalı çalışdırıcıya ciddi məbləğdə təzminat ödənilib.
Statistik göstəricilərə gəlincə, Ruben Amorim “Mançester Yunayted”də çalışdığı müddətdə cəmi 36,92% qələbə faizi qeydə alıb. Onun rəhbərliyi dövründə klub transferlərə təxminən 250 milyon funt sterlinq xərcləyib.
Hazırda “Mançester Yunayted” Premyer Liqanın turnir cədvəlində 6-cı pillədə qərarlaşıb.
© Copyright 2026, All Rights Reserved