Jun 22, 20211 min

1/8 finalın ilk 2 cütü məlum oldu

Avropa çempionatında 1/8 final mərhələsinin ilk 2 cütünün tərkibi müəyyənləşib.
 

 
90plus.az bildirir ki, iyunun 26-da Hollandiyanın paytaxtı Amsterdamda Uels - Danimarka, İngiltərənin paytaxtı Londonda İtaliya - Avstriya görüşləri keçiriləcək.

Birinci cütün qalibi iyulun 3-də Bakıda keçiriləcək 1/4 final matçının iştirakçı komandalarından biri olacaq. Uels Danimarkaya qalib gəlsə, yenidən Azərbaycan paytaxtına səfər edəcək.
 

 
A qrupundakı hər 3 görüşünü qələbə ilə başa vuran İtaliya 9 xalla 1-ci yeri tutub. Avstriya isə C qrupunda 6 xalla 2-ci olub.
 

 
Qeyd edək ki, Bakıya gələcək digər komanda C qrupunda 9 xalla 1-ci yeri tutmuş Niderland ola bilər. Bunun üçün komanda D, E və ya F qrupunda 3-cü yeri tutmuş komandalardan biri ilə görüşdən qalib ayrılmalıdırlar.

    0