Apr 241 min

5 qadın boksçumuzun hamısı 5 xalla uduzdu

Serbiyada ( Belqradda) baş tutan Avropa çempionatında qadın boksçularımızın 1/4 final görüşləri olub.

90plus.az xəbər verir ki, ötən gün rinqdə çıxan 5 qadın boksçusumuzun hər biri uduzub və Avropa çempionatını medalsız yekunlaşdırıblar. 

Anaxanım İsmayılova (48 kq) – Sevda Yuliyanova (Bolqarıstan) - 0:5

Marjona Savriyeva (50 kq) – Nina Radovanoviç (Serbiya) 1:4

Zeynəb Rəhimova (52 kq) – Venelina Poptoleva (Bolqarıstan) - 0:5

Məhsəti Həmzəyeva (57 kq) – Svetlana Kamenova (Bolqarıstan) - 0:5

Şəhla Allahverdiyeva (65 kq) – Milena Matoviç (Serbiya) - 0:5.

Qeyd: Azərbaycan milli komandası Avropa çempionatına 18 boksçu ilə yollanıb. Onlardan 11-i çıxışını medalsız başa vurub. Hələlik yalnız kişi boksçusu Alfonso Dominqes (92 kq) yarımfinala yüksəlməklə ən azı bürünc medalı təmin edib.

Maraqlı: Anaxanım İsmayılova (48 kq) ermənistanlı rəqibi Lusine Gevorqyanı məğlub edərək 1/4 finala vəsiqə qazananda qələbə sevincini qışqıraraq və hərbi salam verərək yaşayıb. VİDEO

https://t.me/doxsanplus/80881

    0