Apr 21 min

AFFA İcraiyyə Komitəsinin yeni tərkibdə ilk iclası olub

Bu gün AFFA İcraiyyə Komitəsinin yeni tərkibdə ilk iclası baş tutub.

90plus.az xəbər verir ki, iclasdan fotolar AFFA-nın media saytında yayımlanıb.

 AFFA-nın prezidenti Rövşən Nəcəf yeni seçilmiş üzvləri təbrik edib və onlara müvafiq qovluqlar təqdim edib.

Rövşən Nəcəfin təklifinə əsasən, Sərxan Hacıyev AFFA-nın icraçı vitse-prezidenti, Elşad Nəsirov, Könül Mehtiyeva və Balakişi Qasımov isə vitse-prezidenti vəzifəsinə təsdiqləniblər.

Sərxan Hacıyevin, eyni zamanda, müvəqqəti olaraq AFFA-nın baş katibi vəzifəsini icra etməsi qərara alınıb.

FOTOLAR

    0