Jun 15, 20211 min

Amerika Kubokunda çoxsaylı koronavirusa yoluxma

Amerika Kubokunda bu vaxta qədər koronavirusa yoluxan şəxslərin sayı açıqlanıb.

90plus.az xəbər verir ki, 41 nəfərin testi müsbət nəticələnib.

Onlardan 31-i oyunçu və nümayəndə heyətinin üzvləri, digər 10-u isə otellərdə çalışan işçilərdir. 10 ölkənin qatıldığı yarış iyunun 13-də start götürüb.

Qeyd edək ki, Amerika Kubokuna iyulun 11-də yekun vurulacaq.


 

    0