Mar 16, 20231 min

Ataa Caber məşqlərə başladı

Azərbaycan Premyer Liqasının XXIV turunda "Qarabağ"la oyunda zədələnən "Neftçi"nin futbolçusu Ataa Caber məşqlərə başlayıb.

90plus.az xəbər verir ki, bu barədə “ağ-qaralar”ın baş həkimi Şaiq Zöhrablı klubun televiziyasına açıqlama verib.

O, İsraildən olan 29 yaşlı yarımmüdafiəçinin fiziki hazırlıq üzrə mütəxəssislə məşq etdiyini bildirib: "Onun növbəti həftə komandaya qoşulacağını düşünürəm".

Qeyd edək ki, "Neftçi" bu gün XXVII turda "Kəpəz"i qəbul edəcək. Qarşılaşma saat 19:00-da start götürəcək.

    0