Mar 20, 20231 min

Avro-2024: Rəqib millimizlə oyunda 40 illik uğursuzluğu bitirmək istəyir…

Avstriya millisi evdə Azərbaycan yığmasına qarşı keçirəcəyi AVRO-2024-ün seçmə mərhələ oyununda 40 illik uğursuzluğa son qoymaq istəyir.

90plus.az yerli mətbuata istinadən xəbər verir ki, Ralf Ranqnikin baş məşqçi olduğu kollektiv matçın oynanılacağı Lints şəhərində 1981-ci ildən bu yana qələbə qazana bilmir.

Komanda bu şəhərdə sonuncu qalibiyyətini Finlandiya seçməsi ilə qarşılaşmada əldə edib.

İyunda keçirilmiş görüşdə meydan sahibləri rəqibinə 5:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, Avstriya - Azərbaycan oyunu martın 27-də "Raiffeisen Arena"da olacaq.

    0