Aug 2, 20221 min

Avropa Liqasının pley-off mərhələsinin püşkü atılır

Bu gün Avropa Liqasının pley-off mərhələsinin püşkü atılacaq.

90plus.az xəbər verir ki, püşk zamanı "Qarabağ" - "Ferentsvaroş" (Macarıstan) cütünün məğlubunun mümkün rəqibi də bəlli olacaq. Bu cütün məğlubu Avroliqanın pley-off mərhələsində aşağıdakı komandalardan biri ilə qarşılaşacaq:

“Ludoqorets” (Bolqarıstan) – “Dinamo” (Xorvatiya) cütünün məğlubu

“Şerif” (Moldova) – “Viktoriya” (Çexiya) cütünün məğlubu

“Makkabi” (Hayfa, İsrail) – “Apollon” (Kipr) cütünün məğlubu

“Bodo Qlimt” (Norveç) – “Jalgiris” (Litva) cütünün məğlubu

Qeyd edək ki, Avropa Liqasının pley-offunun matçları 18 avqust və 25 avqust tarixlərində keçiriləcək.

    0