Apr 29, 20221 min

Azərbaycan kuboku: Bu gün finalçılar bilinəcək!

Bu gün futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçiriləcək.

90plus.az xəbər verir ki, bununla da turnirin finalçıları müəyyənləşəcək.

Günün ilk matçında "Qarabağ" "Qəbəl"ni qəbul edəcək. "Azersun Arena"dakı görüşün baş hakimi FIFA referisi Elçin Məsiyev olacaq. "Köhlən atlar" səfərdəki ilk qarşılaşmada 3:1 hesablı qələbə qazanıb.

Yarımfinalın digər oyununda "Neftçi" "Zirə" ilə münasibətlərinə aydınlıq gətirəcək. "Bakcell Arena"dakı matçı digər beynəlxalq dərəcəli baş hakim Əliyar Ağayev idarə edəcək. Komandalar arasında ilk görüş qolsuz heç-heçə ilə başa çatıb.

Azərbaycan Kuboku, yarımfinal

Cavab oyunları

29 aprel (cümə)

17:30. "Qarabağ" - "Qəbələ"
 
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Fərid Hacıyev
 
Hakim-inspektor: Gülağa Cabarov
 
AFFA nümayəndəsi: Seymur Səlimli
 
"Azersun Arena".
 
İlk oyun - 3:1

20:30. "Neftçi" - "Zirə"
 
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəşad Əhmədov
 
Hakim-inspektor: Ramil Diniyev
 
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
 
"Bakcell Arena".
 
İlk oyun - 0:0

Qeyd edək ki, Azərbaycan Kubokunun finalı mayın 27-də olacaq.

    0