Apr 24, 20221 min

Azərbaycan Premyer Liqasında XXIV tura yekun vurulub

Futbol üzrə Azərbaycan Premyer Liqasında 24-cü tura yekun vurulub.


 
90plus.az xəbər verir ki, turun son iki oyununda "Neftçi" səfərdə "Səbail"lə, "Zirə" isə "Sumqayıt"la qarşılaşıb. Hər iki görüş qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.

"ASCO Arena"dakı matçda "ağ-qaralar"ın yeganə qolunu 71-ci dəqiqədə Tiaqo Bezerra vurub. Bu nəticədən sonra xallarını 47-yə çatdıran Samir Abasovun baş məşqçi olduğu komanda həm 2-ci pillədəki mövqeyini möhkəmlədib, həm də sona 4 tur qalmış avrokuboklara vəsiqəni təmin edib.

"Dənizçilər" 14 xalla sonuncu - 8-ci sırada qalıb.

Sumqayıtdakı "Kapital Bank Arena"da oynanılan görüşdəki qolun müəllifi isə Davit Volkov olub. Gürcüstanlı hücumçu oyunun əsas vaxtına əlavə olunmuş 1-ci dəqiqədə fərqlənib. Bu qələbədən sonra "Zirə" 42 xalla 3-cü, "gənclik şəhəri" təmsilçisi isə 15 xalla 7-cidir.

Qeyd edək ki, turun açılış matçında "Qarabağ" Qəbələdə eyniadlı komandaya 2:0 hesablı qələbə ilə qalib gəlib. Digər matçda isə "Sabah" "Şamaxı"nı darmadağın edib - 5:1.

    0