Jun 14, 20221 min

Azərbaycan yığması ilk "5-lik"də yer alıb

UEFA Millətlər Liqasının qrup mərhələsinin IV turunun növbəti oyunlarından sonra statistik göstəricilər açıqlanıb.
 

 
90plus.az xəbər verir ki, Azərbaycan yığması 4 qarşılaşma ərzində ən çox top qazanan komandalar sırasında yer alıb.
 

 
Milli üzvləri matçlarda 172 dəfə buna müvəffəq olublar. Komanda bu göstəricidə 4-cü pillədə qərarlaşıb.
 

 
Avstriya seçməsi (180) birinci sırada yer alıbsa, Azərbaycan yığmasının qrupdakı rəqibi Qazaxıstan Danimarka kollektivi ilə birlikdə 2-3-cü yerləri bölüşdürür. Hər iki komanda ümumilikdə 174 dəfə top qazana bilib.
 

 
Qeyd edək ki, Azərbaycan millisi IV turda Bakıda Belarusu 2:0 hesabı ilə məğlub edib.

    0