Apr 151 min

Azərbaycanlı basketbolçu klubu ilə əsas liqaya vəsiqə qazandı!

Azərbaycanlı basketbolçu Orxan Aydının çıxış etdiyi “Yalovaspor” klubu Türkiyə Superliqasına vəsiqə qazanıb.

90plus.az xəbər verir ki, komanda I Liqada “Finalspor” üzərində qələbə qazanmaqla bunu bacarıb.

Rəqibini 74:65 hesabı ilə məğlub edən Yalova təmsilçisi mövsümdə 28-ci qalibiyyətini qazanıb və sona bir tur qalmış çempionluğu rəsmiləşdirib.

    0