Jan 161 min

Ağstafalı Pərviz Ukrayna adına çempion oldu!

Xorvatiyada keçirilən "Zaqreb Open" turnirində Ukraynanı təmsil edən azərbaycanlı yunan-Roma güləşçisi çempion olub.

90plus.az xəbər verir ki, 67 kq çəki dərəcəsində mübarizə aparan Nəsibov Pərviz Paşa oğludur.

O, finalda Fransa təmsilçisinə qalib gələrək qızıl medal əldə edib.

Qeyd: P.Nəsibov Ukrayna təmsilçisi kimi həm də olimpiya mükafatçısıdır. O, Tokio-2020 Yay Olimpiya Oyunlarında 2-ci yer tutub. P.Nəsibov əslən Azərbaycanın Ağstafa rayonundandır.

    0