Jun 9, 20231 min
"Bavariya" heyətini yeni futbolçu ilə gücləndirib.
90plus.az Münhen təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, son olaraq “Leyptsiq”də çıxış edən Konrad Laymerlə 4 illik müqavilə imzalanıb. Avstriyalı yarımmüdafiəçi "Bavariya"ya azad agent kimi keçib.
Qeyd edək ki, Konrad Laymer Avstriya millisinin də üzvüdür. 2017-ci ildən "Leyptsiq"də çıxış edən Laymer bu klubda 130 oyuna çıxıb və 10 qol vurub.