Jan 23, 20221 min

"Benfika"nın futbolçusu "Qalatasaray"da!

Türkiyə "Qalatasaray"ı heyətini yeni futbolçu ilə gücləndirib.

90plus.az xəbər verir ki, İstanbul təmsilçisi "Benfika"nın yarımmüdafiəçisi Jedson Fernandeşlə anlaşıb.

"Cim-Bom" 23 yaşlı oyunçunu 1,5 milyon avro qarşılığında icarəyə götürüb. Portuqaliyalı futbolçu ilə 1,5 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, Jedson Fernandeş ötən mövsümün ikinci yarısını da icarə əsasında "Qalatasaray"da keçirib.

    0