Jun 5, 20231 min

"Brayton"un yarımmüdafiəçisi "Arsenal"a keçməyə yaxındır

“Brayton”un yarımmüdafiəçisi Moyses Kaysedo “Arsenal”a keçməyə yaxındır.

90plus.az “Teradesportes”-ə istinadən xəbər verir ki, 21 yaşlı futbolçu London təmsilçisi ilə sözləşmənin şəxsi şərtləri ilə bağlı razılıq əldə edib.

“Çelsi”nin də onu transfer etməyə hazır olduğu bildirilir.

Kaysedo 2022/23 mövsümündə “qağayılar”ın heyətində 43 oyuna çıxıb, 1 qol vurub və eyni sayda məhsuldar ötürmə verib.

    0