Mar 23, 20231 min

Bu gün Avro-2024-ün seçmə mərhələsinin ilk oyunları keçiriləcək

Bu gün 2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatının seçmə mərhələsinə start veriləcək.

90plus.az məlumatına görə, ilk olaraq C, H və J qruplarında səkkiz oyun keçiriləcək.

Günün maraqla gözlənilən qarşılaşması İtaliyada baş tutacaq. Turnirin son qalibi finalda məğlub etdiyi İngiltərəni qəbul edəcək.

C qrupunda, həmçinin, Şimali Makedoniya - Malta görüşü də təşkil olunacaq.

AVRO-2024, seçmə mərhələ

I tur

C qrupu

23:45. İtaliya - İngiltərə

23:45. Şimali Makedoniya - Malta

H qrupu

19:00. Qazaxıstan - Sloveniya

22:45. Danimarka - Finlandiya

22:45. San Marino - Şimali İrlandiya

J qrupu

23:45. Portuqaliya - Lixtenşteyn

23:45. Slovakiya - Lüksemburq

23:45. Bosniya və Herseqovina - İslandiya

    1