Apr 161 min

Bu günkü Çempionlar Liqasının oyunu təxirə salındı!

Asiya Çempionlar Liqasının yarımfinal oyunu - “Əl-Əyn” (Birləşmiş Ərəb Əmirlikləri) – “Əl-Hilal” (Səudiyyə Ərəbistanı) matçı daşqına görə təxirə salınıb.

90plus.az xəbər verir ki, Dubayda güclü yağış daşqınlara yol açıb. Bunu nəzərə alan Asiya Futbol Konfederasiyası qarşılaşmanın aprelin 17-nə təxirə salınmasını qərara alıb.

Yarımfinalın digər cütündə isə Cənubi Koreyanın “Ulsan” və Yaponiyanın “Yokohama” komandaları üz-üzə gələcək.

    0