Jun 19, 20211 min

"Bu, ilk hədəfimizdir" - Deşam

Fransa millisinn baş məşqçisi Didier Deşam Avro-2020-nin ikinci turunda Macarıstanla keçirəcəkləri oyundan gözləntilərini bölüşüb.

90plus.az xəbər verir ki, mütəxəssis deyib:

"Rəqib çox yaxşı oyun quran, mübariz və çalışqan bir komandadır.Düşünürəm ki, onlara italiyalı məşqçinin rəhbərlik etməsi çox şey deyir.Evdə oynayırlar və Portuqaliyaya qarşı eyni fədakarlığı göstərmələrini gözləyirəm. Yenidən qalib gəlsək, iki oyundan sonra pley-offa çıxacağıq. Bu, ilk hədəfimizdir".

Qeyd edək ki, sözügedən qarşılaşma 17:00-da başlayacaq.

    0