Mar 311 min

Bədii gimnastika millimiz Qran-prinin finalında!

Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Fransanın Tiye şəhərində keçirilən 35-ci beynəlxalq Qran-pridə finala yüksəliblər.

90plus.az Azərbaycan Gimnastika Federasiyasının media xidmətinə istinadən finala yüksələn heyəti təqdim edir:

Güllü Ağalarzadə, Kamilla Əliyeva, Yelizaveta Luzan, Darya Sorokina, Ləman Əlimuradova və Zeynəb Hümmətovadan ibarət milli həlledici raunda vəsiqə qazanıb.

Onlar 5 halqa, eləcə də 3 lent və 2 topla hərəkətlərin icrasında fərqləniblər.

    0