May 30, 20211 min

De Brüyne zədəsi haqqında danışıb

"Mançester Siti"nin yarımmüdafiəçisi Kevin de Brüyne Çempionlar Liqasının finalında "Çelsi" yə qarşı oyunda (0:1) aldığı zədəsi barədə danışıb.

90plus.az xəbər verir ki, futbolçu öz Tvitter hesabında yazıb:

“Salam uşaqlar, xəstəxanadan təzə qayıtdım. Diaqnozum burun sümüklərinin qırılmasıdır. İndi özümü yaxşı hiss edirəm. Əlbəttə, dünən olanlara görə çox məyus oldum. Biz geri qayıdacağıq!”.

Xatırladaq ki, matçın 56-cı dəqiqəsində De Brüyne Antonio Rüdiger ilə toqquşdu və zədə səbəbindən əvəz edildi.

    0