Apr 191 min

Dembele- ən yaxşı oldu!

Çempionlar Liqasında bu həftənin ən yaxşı oyunçusu PSJ-nin üzvü Usman Dembele olub.

90plus.az xəbər verir ki, qurumun saytında azarkeşlər səsvermə ilə onu 1-ciliyə layiq biliblər. Dembele səsvermədə "Borussiya"dan Yulian Brandt, "Bayern"dən Yoşua Kimmix və "Real"dan Federiko Valverdeni qabaqlayıb.

Qeyd: Dembele ÇL-in 1/4 finalında "Barselona"ya 4:1 hesabı ilə qalib gəldikləri cavab oyununda 1 qol vurub.

Onun qolu. VİDEO

https://t.me/doxsanplus/80284

Köhnə komandasına qarşı fərqlənən Usman Dembele oyunun sonlarında sevincini də gizlətməyib.

Dembele “Barselona” - PSJ (4-6) matçının ən yaxşı oyunçusu seçilib.

    0