Apr 171 min

Dieqo Simeone: “Onları təbrik etmək lazımdır”

"Atletiko"nun baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasının 1/4 final mərhələsində "Borussiya"ya 2:4 hesabı ilə uduzaraq mübarizəni dayandırdıqları oyundan sonra fikirlərini söyləyib.

90plus.az xəbər verir ki, mütəxəssis "Borussiya"nın onlardan üstün olduğunu vurğulayıb:

“Komanda səni məğlub edirsə, onları təbrik etmək lazımdır.

Başlanğıcda rəqibin qol epizodu var idi, bundan istifadə etdilər.  Hesab 2:2 olduqdan sonra onların hücumları qolla yekunlaşdı. Oyunçular rəqabət aparmaq üçün çox çalışdılar və biz də əlimizdən gələni etdik. Daha deyəcək bir şey yoxdur".

Maraqlı: Korreanın qol epizodunu qaçırmasından sonra Dieqo Simeone. FOTO

    0