Dec 4, 20221 min

DÇ-2022: 1/8 final mərhələsinin daha iki oyunu keçiriləcək

Bu gün futbol üzrə dünya çempionatında 1/8 final mərhələsinin daha iki oyunu keçiriləcək.

90plus.az - ın məlumatına görə, günün ilk matçında Fransa Polşa ilə üz-üzə gələcək.

"Al Tumama" stadionundakı qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Görüşü FIFA referisi Xesus Valensuela idarə edəcək.

Bu cütün qalibi 1/4 finalda İngiltərə - Seneqal oyununun güclüsünə rəqib olacaq. "Əl Bayt" stadionundakı həmin matç Salvadordan olan FIFA referisi İvan Bartona tapşırılıb.

DÇ-2022, 1/8 final

4 dekabr

19:00. Fransa - Polşa

23:00. İngiltərə - Seneqal

Qeyd edək ki, hələlik Niderland və Argentina komandaları 1/4 finala yüksəliblər.

    0