Mar 30, 20221 min

Dünya Çempionatına kim vəsiqə qazanıb?

Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatına indiyədək 27 ölkənin milli komandası vəsiqə qazanıb.
 

 
DÇ-2022-yə birbaşa vəsiqə qazananların və pley-off mərhələsində çıxış edəcək yığmaların siyahısı:
 

 
Avropa
 
Vəsiqə qazananlar (12): Belçika, Xorvatiya, Danimarka, İngiltərə, Fransa, Almaniya, Niderland, Polşa, Portuqaliya, Serbiya, İspaniya, İsveçrə
 
Pley-off oyunları. İyun
 
Yarımfinal: Şotlandiya - Ukrayna
 
Final: Uels - Şotlandiya / Ukrayna cütünün qalibi
 

 
Afrika
 
Vəsiqə qazananlar (5): Kamerun, Qana, Mərakeş, Seneqal, Tunis
 

 
Asiya
 
Vəsiqə qazananlar (5): Qətər (təşkilatçı ölkə), İran, Yaponiya, Cənubi Koreya, Səudiyyə Ərəbistanı
 
Asiya pley-offu: 7 iyun. Birləşmiş Ərəb Əmirlikləri - Avstraliya
 
Qitələrarası pley-off: 13/14 iyun: Birləşmiş Ərəb Əmirlikləri / Avstraliya cütünün qalibi - Peru
 

 
Cənubi Amerika
 
Vəsiqə qazananlar (4): Argentina, Braziliya, Ekvador, Uruqvay
 
Qitələrarası pley-off: 13/14 iyun. Peru - Birləşmiş Ərəb Əmirlikləri / Avstraliya cütünün qalibi
 

 
Şimali, Mərkəzi və Karib hövzəsi (CONCACAF)
 
Vəsiqə qazanan (1): Kanada
 
CONCACAF-ı 3 və ya 4 ölkə təmsil edəcək
 

 
Okeaniya
 
Maksimum 1 komanda ilə təmsil olunacaq
 
Final
 
30 mart: Solomon adaları - Yeni Zelandiya
 
Qitələrarası pley-off: Solomon adaları / Yeni Zelandiya cütünün qalibi - CONCACAF komandası.
 

 
Qeyd edək ki, DÇ-22 noyabrın 21-dən dekabrın 18-dək keçiriləcək.

    0