May 20, 20221 min

Elxan Məmmədov FIFA-nın baş katibi ilə görüşüb!

FİFA-nın Avropa Milli Assosiasiyaları üzrə direktoru Elxan Məmmədov qurumun baş katibi Fatma Samura ilə görüşüb.

90plus.az xəbər verir ki, görüş zamanı Qətərdə keçiriləcək DÇ-2022 ilə bağlı müzakirələr aparıblar.

Qeyd edək ki, Elxan Məmmədov mayın 1-dən FİFA-nın Avropa Milli Assosiasiyaları üzrə direktoru vəzifəsini icra edir.

    0