Apr 141 min

Emin Əmrullayev: “Azərbaycana zəfər yaraşır!"

Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev qadınlardan ibarət 3x3 basketbol millimizin Paris-2024-ə lisenziya qazanması ilə bağlı Facebook hesabında paylaşım edib.

90plus.az xəbər verir ki, o, hər kəsi bu münasibətlə təbrik edib:

“Paris 2024” Yay Olimpiya Oyunlarında dünya ölkələrini 3x3 basketbol üzrə 8 komanda təmsil edəcək. Onlardan biri də doğma Azərbaycandır. Hər birinizi bu tarixi uğur münasibətilə təbrik edirəm! Azərbaycana zəfər yaraşır!"

Qeyd: Azərbaycan tarixdə ilk dəfə komanda oyununda Olimpiya vəsiqəsi qazanıb.

    0