Feb 26, 20231 min

Erlinq Haalanddan daha bir rekord

"Mançester Siti"nin futbolçusu Erlinq Haaland klub tarixində yeni rekorda imza atıb.

90plus.az xəbər verir ki, 22 yaşlı hücumçu buna Premyer Liqanın 25-ci turunda "Bornmut"la görüşdə fərqlənməklə nail olub. Nəticədə norveçli forvard 2022/23 mövsümündə "şəhərlilər"in heyətində Premyer Liqada vurduğu qolların sayını 27-yə çatdırıb.

O, bu nəticə ilə klub tarixində bir mövsümdə ən çox qol vuran futbolçu rekorduna yiyələnib.

Xatırladaq ki, əvvəlki rekord 2014/15 mövsümündə  26 qol vuran Serxio Aqueroya məxsus idi.

    0