Feb 27, 20231 min

FİFA 2022-nin ən yaxşılarını mükafatlandıracaq

Bu gün FİFA-nın ilin ən yaxşılarına verdiyi "The Best"in 2022-ci il üzrə mükafatlandırma mərasimi keçiriləcək.

90plus.az xəbər verir ki, tədbirdə müxtəlif nominasiyalar üzrə qaliblər açıqlanacaq və onlar mükafatla təltif olunacaqlar.

Mərasim Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

"The Best" üçün finalçılar isə aşağıdakılardır:

Kişi futbolçular üzrə

1. Kərim Benzema (Fransa / "Real")

2. Lionel Messi (Argentina / PSJ)

3. Kilian Mbappe (Fransa / PSJ)

Qadın futbolçular üzrə

1. Bet Mid (İngiltərə, "Arsenal")

2. Aleks Morqan (ABŞ, "San Dieqo Veyv")

3. Aleksiya Putelyas (İspaniya, "Barselona")

Ən yaxşı kişi baş məşqçi nominasiyası üzrə:

Karlo Ançelotti (İtaliya / "Real")

Xosep Qvardiola (İspaniya / "Mançester Siti")

Lionel Skalonidir (Argentina millisi).

Ən yaxşı qadın baş məşqçi nominasiyası üzrə:

Sonya Bompastor (Fransa / "Lion")

Pia Sundxage (İsveç / Braziliya millisi)

Sarina Viqman (Niderland / İngiltərə millisi)

İlin ən yaxşı kişi qapıçısı nominasiyası üzrə:

Tibo Kurtua ("Real", Belçika millisi )

Yassin Bunu ("Sevilya", Mərakeş millisi)

Emiliano Martines ("Aston Villa", Argentina millisi)

İlin ən yaxşı qadın qapıçısı nominasiyası üzrə:

Ann-Katrin Berger (Almaniya, "Çelsi")

Meri Erps (Britaniya, "Mançester Yunayted")

Kristian Endler (Çili, "Lion")

    0