Jun 22, 20211 min

"Finalın İngiltərədə keçirilməsinə qarşıyam!"

İtaliyanın Baş naziri Mario Draqi Avro-2020-nin final matçının İngiltərənin paytaxtı Londonda keçirilməsinə qarşıdır.
 

 
90plus.az "goal. com"a istinadən xəbər verir ki, o, bu barədə özü bildirib. Baş nazir etirazını İngiltərədə koronavirus pandemiyasının geniş yayılması ilə əlaqələndirib:

"Avro-2020-nin final matçının İngiltərədə keçirilməsinə qarşıyam. Finalın pandemiyanın yayıldığı bir ölkədə oynanılmaması üçün əlimdən gələni edəcəm".
 

 
İngiltərə hökuməti Avro-2020-nin finalına görə ölkəyə gələn hər kəsi karantinə alır. Bu da o deməkdir ki, FİFA və UEFA nümayəndələri, yayımçılar, sponsorlar da daxil olmaqla 2500 nəfər karantində qalacaq.
 

 
Qeyd edək ki, final matçı iyulun 11-də keçiriləcək.

    0