Apr 31 min

Futbolçumuzun çıxış etdiyi klubun çalışdırıcısını istefaya göndərdilər

Azərbaycanlı futbolçu Sertan Taşkının çıxış etdiyi Türkiyənin "Manisa" klubu baş məşqçisi Mustafa Dalcını istefaya göndərib.

90plus.az klubun media hesabına istinadla xəbər verir ki, 50 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib. O, ötən ilin yayından "Manisa"nı çalışdırırdı. Ötən gün səfərdə "Bodrum"a 0-2 uduzub.

Qeyd: Sertan Taşkın bu ilin yanvar ayında  Mustafa Dalcının istəyi ilə "Manisa"ya keçib.

    0