Feb 28, 20231 min

Futzal millimizin heyətində dəyişiklik edildi

DÇ-2024-ün əsas mərhələsinə hazırlıq məqsədi ilə Bakıda təlim-məşq toplanışında olan futzal üzrə Azərbaycan millisinin heyətində dəyişiklik edilib.

90plus.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb. Yığmamızın üzvlərindən Amir Shojaei zədəli olduğu üçün heyətdən çıxarılıb.

Qeyd edək ki, futzal millimiz DÇ-2024-ün əsas mərhələsində martın 3-də Bakıda Yunanıstan, martın 7-də isə səfərdə Polşa yığması ilə qarşılaşacaq.

    0