Mar 221 min

Gürcüstan və daha 3 komanda Avro-2024-ün bir addımlığında

Avro-2024-ün final mərhələsinə vəsiqə uğrunda pley-off oyunlarında Gürcüstan millisi Millətlər Liqası xəttindən final mərhələsinə vəsiqə qazanıb.

90plus.az xəbər verir ki, C liqasında mübarizə aparan komanda yarımfinalda Lüksemburqa 2:0 hesabı ilə qalib gələrək finala yüksəlib. Avro-2024-ün bir addımlığında olan Gürcüstan millisi finalda C liqasında Qazaxıstanı 5:0 hesabı ilə məğlub edən  Yunanıstan ilə qarşılaşacaq.

Millətlər Liqası xəttindən daha 3 komanda final mərhələsinə vəsiqə qazanacaq.

Yarımfinalda A Liqasında Polşa Estoniyanı 5:1, Uels Finlandiyanı 4:1, B Liqasında  Ukrayna Bosniya və Herseqovinanı 2:1,  İslandiya İsraili 4:1, C Liqasında Gürcüstan Lüksemburqu 2:0, Yunanıstan  Qazaxıstanı 5:0 hesabı ilə məğlub edərək finala yüksəliblər.

Qeyd: Final oyunları isə martın 26-da olacaq. Finalın üç qalibi 2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatında iştirak edəcək.

    0