Feb 15, 20231 min

“Hələ daha çox qol vura bilərdik” - Jiru

"Milan" Çempionlar Liqasının 1/8 final mərhələsində öz meydanında "Tottenhem"i 1:0 hesabı ilə məğlub edib. 

90plus.az xəbər verir ki, matçdan sonra UEFA-nın saytına danışan İtaliya klubunun hücumçusu Olivye Jiru görüşü dəyərləndirib:

"Biz üzərimizə düşən vəzifəni ilk oyunda yerinə yetirdik. Hələ daha çox qol vura bilərdik".

Qeyd edək ki, tərəflər arasında cavab oyunu 1 həftə sonra keçiriləcək.

    0