Jan 31, 20231 min

İngiltərə klubu uruqvaylı oyunçunu icarəyə götürdü

“Roma”nın müdafiəçisi Matias Vinya karyerasını İngiltərədə davam etdirəcək.

90plus.az xarici KİV-ə istinadən xəbər verir ki, futbolçu “Bornmut”la müqavilə imzalayıb.

İcarə əsasında Premyer Liqa təmsilçisinə keçən uruqvaylının klubla müqaviləsi cari mövsümün sonuna qədər nəzərdə tutulub.

Matias Vinya 2022/23 mövsümündə “Roma”nın heyətində 7 oyuna çıxıb.

    0