Apr 7, 20211 min

Karantin qaydalarını pozdu, qəzaya düşdü

90plus.az xəbər verir ki, Braziliyanın "Palmeiras" komandasının futbolçusu Luis Adriano koronavirusa yoluxub

O, testinin müsbət çıxdığını bildirib: "Hazırda xəstəliyin əlamətləri yoxdur. Ancaq özümü təcrid etmək məcburiyyətində qaldım. Bu qaydaya məhəl qoymadım və aprelin 5-də anamı götürmək üçün supermarketə getdim. Lakin avtomobildən düşmədim. Hər zaman tibbi maska taxıram".

Adriano avtodayanacaqda velosipedçi ilə toqquşaraq qəzaya düşdüyünü vurğulayıb: "Evdən çıxmamalı idim, səhv etdiyimi anlayıram".

    0