Apr 191 min

Kepa ehtiyat skamyasından qələbəyə töhfə verib

2019-cu il “Carabao” Kubokunun finalında Bernardo Silva Kepaya qarşı penaltini dəqiq yerinə yetirib və topu ortadan vurub.

90plus.az xəbər verir ki, ”Man Siti” - “Real” (ümumi hesab: 4-6) oyununda da Kepa penaltilər seriyasından əvvəl Luninlə danışıb və ona Bernardo Silvanın eyni penaltini təkrarlayacağını deyib. Lunin onu dinlədi və ortada dayanaraq Bernardonun zərbəsini qaytardı.

Həmin epizod. VİDEO

https://t.me/doxsanplus/80356

Davide Ançelotti: “Atamla birlikdə penalti zərbəsini yerinə yetirənlərlə bağlı məsləhətləşmələr apardıq.

Kepa və bəzi oyunçuların köməyi ilə biz bir neçə şeyi dəyişiklik etdik”.

Və risk öz nəticəsini verdi.

Mənbə: The Mirror

    0