Aug 17, 20221 min

Kişi cüdo millimiz İslamiadanın qalibi oldu!

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın kişi cüdo millisi qızıl medal qazanıb.

90plus.az xəbər verir ki, Azərbaycan millisi birinci yer uğrunda görüşdə meydan sahibi Türkiyəyə 3:2 hesabı ilə qalib gəlib.

Xatırladaq ki, bu gün Azərbaycanın qadın cüdo millisi də bürünc medal qazanıb.

Onu da bildirək ki, kişi cüdo millisi 2017-ci ildə Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarının da qalibi olmuşdu.

    0