May 21, 20211 min

Klubların gəlir itkisi açıqlanıb

Avropanın futbol klublarının son iki mövsümdəki təxmini gəlir itkisi açıqlanıb.

90plus.az xəbər verir ki, bu barədə UEFA-nın hesabatında bildirilib.

Avropa futbol qurumu gəlir itkisinin 8,7 milyard avro olacağını təxmin edib. Bunlardan 4 milyard avrosu bilet satışından, 2,7 milyard avrosu sponsorluq müqavilələrindən, 1,4 milyard avrosu televiziya yayımından gələn zərərlərdir.

AVRO-2020 və avrokuboklar koronavirusa görə təxirə salındığı üçün klublar 2 milyard avro qənaət edib. Turnirlər ləğv edilsəydi, bu olmayacaqdı.

UEFA-nın hesabatına görə, Çempionlar Liqasının qrup mərhələsinə düşə bilməyən klublara illik həmrəylik ödənişləri 2018 - 2021-ci illərdə 558 milyon avro təşkil edib, lakin bu məbləğ 2021 - 2024-cü ildə əhəmiyyətli dərəcədə artacaq

    0