Apr 191 min

Laporta komandasına mesaj yolladı

"Barselona"nın prezidenti Joan Laporta İspaniya La Liqasının 32-ci turunda "Real"la oyunöncəsi təəssüratlarını bölüşüb.

90plus.az xəbər verir ki, o, Çempionlar Liqasındakı məğlubiyyətin "El-Klassiko"da sevinclə əvəz olunmasının vacibliyini vurğulayıb:

“Madriddə "Real"a qalib gəlməliyik. Çempionlar Liqasında mübarizəni dayandırdığımız üçün özümü pis hiss edirəm. İndi bu məyusluğu aradan qaldırmağın vaxtıdır”.

Qeyd: aprelin 21-də keçiriləcək "Real" - "Barselona" matçı saat 23.00-da başlayacaq.

Mənbə: Barcelona Noticias

    0