Jan 22, 20211 min

Mahir Emreliyə Polşadan daha bir elçi

Polşanın daha bir klubu Azərbaycan millisinin və "Qarabağ"ın futbolçusu Mahir Emrelini heyətinə qatmaq istəyir.
 

 
90plus.az bildirir ki, yüksək liqa təmsilçilərindən "Rakuv" 24 yaşlı hücumçu ilə maraqlanır.
 

 
Daha əvvəl Polşanın “Zaqlembe” klubu Emreli üçün təklif göndərib. Lakin forvard 200 min avro məvacib istədiyi üçün keçid gerçəkləşməyib.

Qeyd edək ki, Mahir Emrelinin "Qarabağ"la bu ilin yayınadək müqaviləsi var. "Rakuv" isə Polşa Ekstraklasasında 14 turdan sonra 28 xalla 2-ci pillədə qərarlaşıb. Çenstoxova şəhərinin komandası ilk mövqedəki Varşava "Legiya"sından 1 xal geri qalır.

    0