Jun 8, 20211 min

Mahir "Legiya" ilə müqavilə imzaladı!

Millimizin üzvü Mahir Emreleinin Polşanın "Legiya" klubuna keçidi rəsmiləşib.
 

 
90plus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 24 yaşlı hücumçu ilə 2024-cü ilin 30 iyununa qədər müqavilə imzalıb. O, yeni komandasında 11 nömrəli formada çıxış edəcək.
 

 
Qeyd edək ki, "Bakı"nın yetirməsi olan M.Emrelinin son klubu "Qarabağ" olub. O, 2015-ci ildən Ağdam təmsilçisində çıxış edirdi.

    0