Apr 181 min

“Malaqa”nın oyunçusu 50 avroya azarkeşə forma satdı

"Malaqa"nın oyunçusu Dani Lopez forma qarşılığında azarkeşdən 50 avro alıb.

90plus.az xəbər verir ki, futbolçu bu hərəkətinin səbəbini də açıqlayıb:

"Klub bizdən azarkeşlərə müəyyən qədər forma verdikdən sonra 50 avro istəyir. Mən milyonçu deyiləm. Pulu almaq mənə normal göründü"

Qeyd: Bir zamanlar əfsanə heyətə sahib olan "Malaqa" klubu artıq elə bir vəziyyətə çatıb ki, futbolçularına belə formanı pulla satır.

Klub hazırda İspaniya 3-cü liqasında oynayır.

    0