Dec 22, 20231 min

“Mançester Siti” ilk dəfə dünya çempionudur

Klublararası dünya çempionatının final matçında İngiltərə "Mançester Siti"si Braziliyanın “Fluminense” komandası ilə qarşılaşıb.

90plus.az xəbər verir ki, "Şəhərlilər" rəqiblərini 4:0 hesabı ilə məğlub edərək tarixində ilk dəfə mundialın qalibi olublar.

Mançester Siti 4-0 Fluminense

Julian Alvarez 1'

Nino (öz qapısına) 27'

Phil Foden (as. Julian Alvarez) 72'

Julian Alvarez (as. Matheus Nunes) 88'

Qeyd: Dünya çempionatında 3-cü yeri Yaponiyanın “Urava Red Daymonds” klubunu 4:2 hesabı ilə üstələyən Misir təmsilçisi “Əl-Əhli” tutub.

    0