May 5, 20221 min

Millimiz UEFA İnkişaf turnirində iştirak edəcək.

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Gürcüstanda təşkil ediləcək UEFA İnkişaf turnirində iştirak edəcək.
 

 
90plus.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, mayın 10-dan 16-dək keçiriləcək yarışda yığma Gürcüstanın və Zambiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gələcək.
 

 
U-17 turnirə hazırlıq məqsədilə mayın 7-dən 10-dək Bakıda təlim-məşq toplanışı keçirəcək.
 

 
Millinin oyunlarının təqvimi və komandanın heyəti:
 

 
13 may
 

 
17:00. Azərbaycan – Zambiya
 

 
16 may.
 

 
17:00. Azərbaycan – Gürcüstan

    0