Aug 20, 20211 min

Millimizin futbolçusu koronavirusa yoluxub!

Azərbaycan millisinin və "Sabah" klubunun futbolçusu Aleksey İsayev koronavirusa yoluxub.

90plus.az "Report"a istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçinin həftənin əvvəlində verdiyi testin nəticəsi müsbət çıxıb. İsayev "Sumqayıt"a qarşı keçirəcəkləri Azərbaycan Premyer Liqasının II tur matçını buraxmalı olacaq.

Qeyd edək ki, avqustun 21-də keçiriləcək "Sumqayıt" - "Sabah" görüşü saat 20:00-da başlayacaq.

Aleksey İsayevin sentyabrın 1-də Lüksemburq, sentyabrın 4-də İrlandiya, sentyabrın 7-də isə Portuqaliya ilə DÇ-2022-nin seçmə oyunlarını buraxacağı gözlənilir.

    0