May 23, 20221 min

Millimizin təlim-məşq toplanışı üçün heyəti açıqlandı

UEFA Millətlər Liqasındakı oyunlara hazırlıq məqsədilə mayın 24-dən 27-dək Azərbaycan milli komandasının Bakıda təşkil olunacaq ilkin təlim-məşq toplanışına dəvət olunan futbolçuların siyahısı müəyyənləşib.
 

 
90plus.az AFFA-nın saytına istinadən xəbər verir ki, yığmamızın iyunun 3-də, 6-da, 10-da və 13-də keçirəcəyi oyunlar üçün hələlik 15 futbolçuya dəvət göndərilib.

Dmitri Nazarov və Renat Dadaşov komandaya mayın 25-dən sonra qoşulacaq.

    0