Oct 19, 20221 min

Millimizin üzvünün komandası kubokda mübarizəni dayandırdı

Millimizin üzvü Anton Krivotsyukun formasını geyindiyi “Visla” (Plotsk) Polşa kubokunda 1/16 final oyununa çıxıb.

90plus.az xəbər verir ki, komanda doğma meydanda "Legiya" ilə qarşılaşıb və 0:3 hesabı ilə uduzub. Bununla da "Visla" kubokda mübarizəni dayandırıb.

A.Krivotsyuk sözgedən görüşdə start heyətdə meydana çıxıb və sonadək oynayıb.

    0