Feb 101 min

Millətlər Liqası: Millimizin oyunlarının vaxtı!

Azərbaycan futbol millisinin UEFA Millətlər Liqasının qrup mərhələsindəki oyunlarının vaxtı məlumdur.

90plus.az xəbər verir ki, yığma ilk matçını sentyabrın 5-də evdə İsveçə qarşı keçirəcək, sentyabrın 8-də isə Slovakiyanın qonağı olacaq.

Millimiz oktyabrın 11-də səfərdə Estoniya, bundan üç gün sonra isə doğma azarkeşlər önündə Slovakiya kollektivi ilə münasibətlərə aydınlıq gətirəcək.

Komandamız son iki qarşılaşmasını noyabrın 16-da evdə Estoniya, noyabrın 19-da səfərdə İsveçə qarşı keçirəcək:

5 sentyabr: Azərbaycan - İsveç

8 sentyabr: Slovakiya - Azərbaycan

11 oktyabr: Estoniya - Azərbaycan

14 oktyabr: Azərbaycan - Slovakiya

16 noyabr: Azərbaycan - Estoniya

19 noyabr: İsveç - Azərbaycan

    0