Nov 25, 20221 min

Mundialda 5-ci heç-heçə qeydə alınıb!

Bu gün DÇ-2022-nin qrup mərhələsinin 2-ci turuna start verilib.

90plus.az xəbər verir ki, əvvəlcə B qrupunda Uels və İran yığmaları üz-üzə gəlib. Oyun İran millisinin qələbəsi ilə başa çatıb - 2:0. Bu qrupun digər oyununda ABŞ yığması İngiltərə ilə qarşılaşıb və qolsuz bərabərə qalıb.

A qrupunda ev sahibi Qətər Seneqala uduzub - 1:3. Bu qrupun digər görüşündə isə Niderland Ekvadorla heç-heçə edib.

    0